The Legatum Institute dünyanın rifah səviyyəsi yüksək olan ölkələri siyahısını 2017 üçün açıqlayıb. Araşdırmalarda ən mühüm amil pul miqdarı olsa da, institut bu siyahını hazırlayarkən 104 parametri nəzərə alıb.

Milli.Az kenquru.az-a istinadən bildirir ki, buradakı 8 ümumi başlıqda ölkəiçi ÜDM-dən full time işləyən insanların sayına, təhlükəsiz internet serverlərinin sayından insanların gündəlik istirahət saatlarına bir çox detal hesablanıb.

Estoniya

Estoniya

Estoniya dünyanın ən yaxşı rəqəmsal informasiyaya önəm verən ölkələrdən biri olsa da, onu üst sıralara qaldıran təbiətə və ətraf mühitə verdiyi önəmdir. Ətraf mühit alt başlığında bütün ölkələr arasında 7-ci yerdədir.

Uruqvay

Uruqvay

Uruqvay bir çox kateqoriyada olduqca yaxşı xallar alsa da, onu 28-ci yerə yüksəldən fərdi azadlıqlara verdiyi önəm oldu. Uruguyay "fərdi azadlıqlar" alt başlığında bütün ölkələr arasında 7-ci yerdədir.

Çex Cumhuriyyəti

Çex Cumhuriyyəti

İndilərdə rəsmi adı Çexiya olan ölkə heç bir alt başlıqda üst sıralarda yer almasa da, ümumiyyətlə bütün alt başlıqlarda ilk 30-da qərarlaşıb.

Portuqaliya

Portuqaliya

Portuqaliya bir alt başlıq istisna olmaqla digər bütün başlıqlarda ilk 50 ölkə arasında yer aldı. Amma "şəxsi azadlıqlar" alt başlığında 10-cu yerdədir.

HOnkOnq

HOnq KOnq

Niyə "O" hərflərini böyük yazmışıq? Elə belə. Keçək əsas məsələyə. Honq Konq BMT ölkələri arasında yer almasa da, hələ də rifah indeksi sıralamasında öz yerini qoruyur. Ölkə, ən yaxşı biznes mühiti sıralamasında 3-cü sıradadır.

Yaponiya

Yaponiya

Yaponiya bir neçə ildir ki, iqtisadi bir durğunluq yaşasa da, hələ də dünyanın ən zəngin ölkəsidir. Ölkədəki təhlükəsizlik əsas götürüldükdə bütün ölkələr arasında 4-cü yerə yüksəlib.

Malta

Malta

Aralıq dənizdəki ən kiçik ada olan Malta, 5 alt başlıqda ilk 25 ölkə arasında yer alaıb. Sosial yardım və təhlükəsizlik kateqoriyalarında 7-ci sıradadır.

Sloveniya

Sloveniya

2016-da təbii ətraf mühit kateqoriyasında birinci yerdə olan Sloveniya 2017-də bu kateqoriyada ikinci sıraya düşüb. Amma fərdi azadlıqlar məsələsində ilk 15 ölkə arasındadır.

İspaniya

İspaniya

Kataloniya problemi olmaqla ölkənin yaşadığı siyasi neqativlərə baxmayaraq hələ də ən rifah içində olan ölkələr arasındakı yerini qorumağa davam edir. İqtisadi tərəfdən siralamada 37-ci yerdədir.

Fransa

Fransa

Yeni prezidentiylə Fransa rifahını yüksəltməyə davam edəcək islahatlar aparır. Kateqoriyalar arasında ən yaxşı performansı isə ətraf mühit başlığında 4-cü sırada yer alaraq göstərir.

ABŞ

ABŞ

Fürsətlər ölkəsi ABŞ şirkətləri və markaları düşünəndə iş şəraiti baxımından ən yaxşı ölkə olmağı bizi təəccübləndirmir.

Sinqapur

Sinqapur

Dünyanın ən böyük maliyyə mərkəzlərindən biri olan Sinqapur, yaşamaq üçün də olduqca yaxşı ölkədir. İqtisadi və sağlamlıq başlıqlarında ən yaxşı ikinci ölkə, təhlükəsizlik başlığında isə ilk sırada yer alır.

Belçika

Belçika

2016-ci ildən bəri Avropa Birliyi ölkələri arasında "rifah səviyyəsi ən yüksək olan ölkə" olmaq xüsusiyyətini qoruyan Belçika, tədqiqatda iştirak edən bütün ölkələr arasında təhsil başlığında 9, şəxsi azadlıqlar və səhiyyə sahəsində isə 11-ci sırada yer alır.

Avstriya

Avstriya

Avropanın ən kiçik ölkələrindən biri olan Avstriya, ən yaxşı sıralamasını səhiyyə kateqoriyasında 5-də yer alaraq əldə edir. Təhlükəsizlik başlığında isə 6-ci sıradadır.

Lüksemburq

Lüksemburq

Sağlamlıq baxımından bütün ölkələr arasında birinci yerdə olmağı hələ də qoruyur.

İslandiya

İslandiya

Əhalisi 300 mindən çox olan və digər Avropa ölkələrindən özünü təcrid etmiş olan İslandiya təhlükəsizlik, şəxsi azadlıqlar və sosial yardım başlıqlarında ilk beşlikdə yer alır.

İrlandiya

İrlandiya

Bütün kateqoriyalarda ilk 10 ölkənin içində yer almağı bacaran irlandiya ən yaxşı performansı şəxsi azadlıqlar üzrə başlıqda 5-ci sırada yer almaqla göstərir.

Almaniya

Almaniya

Almaniya bütün kateqoriyalarda 17-ci sıranın altına düşməsə də, iqtisadi baxımdan araşdırmada ölkələr arasında 9-cu sırada qərarlaşıb.

İngiltərə

İngiltərə

Brexit-den təsirlənməyən İngiltərə, iş şəraiti məsələsində 5-ci sıradadır.

Avstraliya

Avstraliya

Rahat həyat tərzləri ilə Avstraliya xalqı sosial yardım məsələsində ilk yerlərdədir. Ümumi sıralamada ötən il 6-cı, bu il 9-cu sıradadır.

Kanada

Kanada

Ümumi sıralamada azalma yaşasa da Kanada hələ də şəxsi azadlıqlar məsələsində ikinci yerdədir.

Danimarka

Danimarka

Skandinaviya ölkələrində ən aşağı sıralarda yer alsa da, Danimarka, sosial yardım kateqoriyasında 4-cü yerdədir.

Hollandiya

Hollandiya

Avropanın ən kiçik ölkələrindən olan Hollandiya, bütün başlıqlarda ilk on ölkə içində yer almağı bacarsa da ətraf mühit sıralamasında 46-ci yerdədir.

İsveç

İsveç

İqtisadi keyfiyyətdə birinci sırada yer alan İsveç digər kateqoriyalarda isə ik 10 ölkə arasında yer almağı bacarıb.

İsveçrə

İsveçrə

Təhsil kateqoriyasında birinci sırada yer alan İsveçrə səhiyyə sahəsində isə üçüncü ölkədir.

Finlandiya

Finlandiya

Finlandiya hər baxımdan digər Şimali Avropa ölkələri ilə yarışsa da, Legatum İnstitutunun araşdırmalarına görə idarəetmə məsələsində ən yaxşı ölkədir.

Yeni Zellandiya

Yeni Zellandiya

Yeni Zellandiya ötən il rifah səviyyəsi ən yüksək olan ölkə ikən bu il 9 kateqoriyadan 5-ində 1, 2-ci və ya 3-cü olmasına baxmayaraq, ümumi sıralamada 2-ci sıradadır. Bunun ən böyük səbəbi isə təhlükəsizlik məsələsində 23-cü sırada yer alması olub.

Norveç

Norveç

Norveç dünyanın ən yaxşı təbiətinə, ikinci ən yaxşı ölkə idarəçiliyinə və üçüncü ən yaxşı təhlükəsizliyinə sahib ölkə kimi bütün ölkələr arasında birinci yeri tutur.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin