31 dekabr 2017-ci ildə Bakıda Beynəlxalq Musiqili Yeni il karnavalı keçiriləcək. Karnavalda dünyaca məşhur, “Popitto” mahnısının ifaçısı Seeya, əfsanəvi “Lambada”nın yaradıcısı və ifaçısı Kaoma qrupu ilk dəfə şəhərimizin qonağı olacaq. Ukrayna top çartından Dj Miss Monique, Azərbaycandan hər kəsin sevimlisi Ədalət Şükürov, cazibədar Samira Əfəndi, Avroviziya musiqi yarışmasının qalibi Eldar Qasımov, xarizmatik Rauf Əhmədov və estradamızın pop divası Aygün Kazımova iştirak edəcəklər. Gecənin aparıcıları Ukrayna gözəli Olqa Bliss və tanınmış şoumen, teleaparıcı Azər Axşam.
Möhtəşəm Yeni il karnavalı Sapfir Sarayda keçiriləcək. Eyni zamanda, Azərbaycan və dünya mətbəxinin ən gözəl nümunələri gecənin iştirakçılarına təqdim olunacaq.
Dünya ulduzlarının iştirakı ilə keçiriləcək Yeni il gecəsinin canlı şahidi olmağa tələsin!!
Video Burda https://www.youtube.com/watch?v=iK1f-67hJ3M