Bakı. 13 dekabr. REPORT.AZ/ "Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb".
"Report" xəbər verir ki, bunu “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
O bildirib ki, bütün beynəlxalq müqavilələrdə iştirak edən, 24 illik inkişaf yolu keçmiş müstəqil Azərbaycanın müəllif-hüquq sisteminə qiymət verilərək Azərbaycanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunması, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsi və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsi dəlalət edir.