Bakıda qadına qarşı quldurluq: 5500 manatını alıb qaçdılar

Bakıda qadına qarşı quldurluq: 5500 manatını alıb qaçdılar
13:19 14 Dekabr 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da paytaxt sakini olan bir qadının 5500 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradov saxlanılıblar.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR