SKMF Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
16:57 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Fond startap layihələrin maliyyələşdirilməsi, nar konsentratı, bitki yağlarının istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin və südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edib. 
İş adamları investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-goranboyda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR