"Namiq Qaraçuxurlunun ayağındakı sınıq açıq sınıq idi. Əməliyyatda elə də bir problem olmadı".
Metbuat.az xəbər verir ki, bu sözləri "ARB TV"-nin "Günə son" proqramına açıqlaması zamanı meyxanaçını əməliyyat edən həkim Rəşad Zeynalov bildirib.
Namiq Qaraçuxurlunun tez ayağa qalxmaq istədiyini dilə gətirən həkim, uzun bir müddət istirahət etməli olduğunu qeyd edib:
"Hardasa 2 ay yataq rejimində olmalıdır. Ayağını aşağı sallamaq olmaz. Rahat şəkildə ayağını basıb gəzə bilməz. Buna görə də bitişməsini gözləmək lazımdır. Ayağına basmadan gəzə bilər".
Qeyd edək ki, bu müddət ərzində həkimlər ona səhnəyə çıxmağı qadağan edib.
BNA: 7 marşrut üzrə yeni baza yaradıldı - FOTOLAR - Oxumaq üçün tıkla