O küçənin bir hissəsi təmir olundu

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin bir hissəsi təmir olunub.

“Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsində ( “Azadlıq prospekti” metrostansiyasının önü) aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Uzunluğu 620 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 16.5 metr təşkil edir.

Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə yolun 11 500 m2 ərazisinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa küçə boyu zəruri olan yerlərdə səkilər və səki daşları bərpa olunub, yeraltı kommunikasiya xətlərinin 16 ədəd baxış qapağı yenilənib.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

BNA: 7 marşrut üzrə yeni baza yaradıldı - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR