ABŞ-ın Rusiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi cavabsız qalmayacaq.

Metbuat.az-ın məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Vaşinqtonun sanksiyalarının heç bir əsası yoxdur. Bildirilib ki, Birləşmiş Ştatlar belə addımlarla iki ölkə arasında münasibətlərin daha da pisləşməsində maraqlı olduğunu göstərir.

Xatırladaq ki, Vaşinqton Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov və daha 4 nəfəri “qara siyahı”ya salıb. “Maqnitskiy aktı” adlanan sənəddə bu şəxslər cinayət sövdələşməsi və dələduzluqla məşğul olmaqda günahlandırılır.

Sübhan / METBUAT.az