Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin "112" Xidmətinə zəng edib "Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq" deyərək əlaqəni kəsib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məlumat DİN-in "102" Zəng Mərkəzi Xidmətinə ötürülüb.

Nazirlikdən bildirilib ki, dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edilməsi müəyyən edilib.

Milli.Az