Bakının bu prospektində gündüzlər də işıq yanır

Bakıda gündüz vaxtı küçə işıqları yanır.

Metbuat.az bildirir ki, sözügedən görüntülər paytaxtın Azadlıq prospektində bu gün saat 13:30 radələrində qeydə alınıb. Gündüz vaxtı olmasına baxmayaraq, həmin ərazidə qeyd olunan vaxt küçə işıqları yanılı olub.

Bakı şəhər İşıqlandırma İdarəsinin baş mühəndisi Məhərrəm Babayev Metbuat.az-a açıqlamasında bildirib ki, yanan kabeli yoxlamaq üçün işıqlar yandırılıb:

“Küçə işıqlarına gərginlik verilməsə, onun işləyib-işləmədiyini yoxlamaq olmur. Yoxlamayanda da, küçə gecə vaxtı qaranlıqda qalır. Bunun üçün qısa müddətlik də olsa kabellərə tez-tez işıq ötürülür və problem olan kabel tapılır”.

Xəyalə Məmmədova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR