Türkiyənin tanınmış müğənnisi Hande Yenerlə həmkarı Seren Serengil arasında qalmaqal yaşanıb. Lent.az-ın geccce.com.tr-yə istinadən verdiyi məlumata görə, S.Serengilin Hande Yeneri ən çox dinlənilən müğənni kimi qəbul etməməyi qalmaqala səbəb olub. Hande Serenin çılpaq fotosunu paylaşaraq onu lağa qoyub: “Seren metrə baxır, amma yenə görə bilmir”.

Handenin bu postuna Serengilin cavabı gecikməyib. O, Yeneri “narkoman” adlandırıb: “Narkotik istifadə edən insanlar normal hərəkətlər etmirlər. Narkomanların ağlı yerində olmur”.