Türkiyə Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komleksinlərini əldə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə bağlı mövqeyini növbəti dəfə açıqlayıb. ABŞ Suriyadakı bazalarında terrorçuları hazırlayır. Moskva Suriyada İŞİD-dən sonrakı hədəfi açıqlayıb. İran parlamenti Qüdslə bağlı qanun layihəsini qəbul edib. Ukraynanın şərqində əsirlərin genişmiqyaslı mübadiləsi həyata keçirilib.

Türkiyə hakimiyyəti Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komleksinlərini əldə edib. Bu barədə "Rostex"-in baş direktoru Sergey Çemezov deyib.

Məlumata görə, müqavilənin dəyəri 2,5 milyard dollardır.

"Qalıb yekun sənədləri təsdiqləmək. Deyə bilərəm ki, müqavilə dəyərinin 45 faizi avans şəklində, qalan 55 faizi isə Rusiyanın verdiyi kreditlərlə ödəniləcək", - deyə o bildirib.

Qeyd edək ki, zenit-raket komplekslərinin ilkin tədarükü 2020-ci ilin mart ayında planlaşdırılır. Dekabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan "S-400" komplekslərinin çatdırılması məsələsinin həllinin vaxtını açıqlayıb.

Türkiyənin Baş naziri Binəli Yıldırım Səudiyyə Ərəbistanında rəsmi səfərə gedib. Binəli Yıldırım paytaxt Ər-Riyadda Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşüb.

“Bəşər Əsəd dövlət terroru əsdirən terrorçudur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunis səfəri zamanı həmkarı Beji Kaid əs-Sebsi ilə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə liderinin sözlərinə görə, Suriyada daha Bəşər Əsədlə yola davam etmək mümkün deyil.

Pentaqon Suriya və İraq ərazisində hələ də mövcud olan İŞİD terrorçuarının sayı barədə rəsmi açıqlama verib. “Son məlumatlara görə, Suriya və İraqda hələ də minə yaxın İŞİD terrorçusu var”, - ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Rayan Dillon deyib.

Birləşmiş Ştatlar Suriyadakı bazalarından birindən terrorçuların hazırlığı üçün istifadə edir. Bunu Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində danışıb.

Generalın sözlərinə görə, bu barədə informasiyalar kəşfiyyat tərəfindən əldə edilib. O qeyd edib ki, söhbət Xüms əyalətindəki Et-Tanf bazasından gedir.

“Kosmik və kəşfiyyatın başqa növlərinin köməyilə əldə edilən məlumatlara görə, bu bazada döyüşçülərin dəstələri var. Onlar orada faktiki olaraq hazırlıq görürlər”, - Gerasimov bildirib.

General qeyd edib ki, baza olduqca əlverişli ərazidə - Suriya, İordaniya və İraqın sərhədində yerləşir.

Yeni CƏBHƏ, libası dəyişdirilən “ÖLÜM QRUPLARI”...

Suriyada müharibə hələ indi BAŞLAYIR - Moskva ABŞ-ın planını AÇIQLADI