Mərhum müğənni Maykl Ceksonun qızı Paris Cekson İnstaqram səhifəsində bir neçə yeni fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 19 yaşlı qız hesabında yerləşdirdiyi şəkli ilə Miladı qardaşı ilə keçirdiyini bildirib.

Parisin "Milad bayramınız mübarək" adlı fotosu izləyiciləri tərəfindən bəyənilib.

Cekson eyni zamanda "Calvin Klein"dən olan alt paltarları ilə də fotolarını izləyicilərinin ixtiyarına verib. Gənc ifaçı şəkillərinə "Calvin Klein"lə ayaqlarım həmişə çirklidir" qeydini yazıb.

Milli.Az