Şagirdin saçını yolduğu iddia edilən müəllim: "Başında bit var idi "- VİDEO

Şagirdin saçını yolduğu iddia edilən müəllim: "Başında bit var idi "- VİDEO
10:12 10 Yanvar 2015
210 Sosial
Ölkə mətbuatı
A- A+

Dəniz Məmmədlinin valideynləri isə olanları inkar etdi
Paytaxtın Yasamal rayonu, 53 saylı orta məktəb heç də xoşagəlməyən faktla gündəmə gəlib.

ANS TV-nin məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumata əsasən, sözügedən təhsil ocağının müəllimi birinci sinif şagirdi Dəniz Məmmədliyə zor tətbiq edib. Daha dəqiq, dərs zamanı ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva birinci sinif şagirdinin saçını yolub.

Faktı dəqiqləşdirmək üçün üz tutduq orta məktəbə. Gördük ki, artıq məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır. Məsələni dəqiqləşdirmək üçün bizə şərait yaradıldı. Adıçəkilən müəllim Zülfiyyə Hacıyeva baş verənlərin yalan olduğunu bildirdi. Müəllimin sözlərinə görə, Dəniz həmin gün dərsindən pis qiymət alıbmış. Buna görə küskün vəziyyətdə evə gedib. Bacısı isə onun bu halını görüb acıyıb. Saçının tökülmüş hissəsini çəkib sosial şəbəkələrdə paylaşıb.

"Uşağın başında bit tapılmışdı. Bunla bağlı mən də onun valideynini məktəbə çağırdım və dedim ki, bəs belə bir hal var. Biz bunu gizli saxalayırıq, ona görə ki, uşaqlar utanmasınlar. Dedim ki, uşağı dərsə gətirməyin, təmizlənsin ondan sonra gələr. O da bununla bağlı həkimə müraciət edib. Həkimin təyin etdiyi dərmanları edəndən sonra bu uşağın saçında tökülmələr baş verib. Bu da dünən nümayiş olunan eybəcər vəziyyət, yəni heç bir uşağa arzulamazdım. Saçın tökülməsi valideynin həddindən artıq dərmanların sürtməsi nəticəsində əmələ gəlib”, - deyə müəllimə bildirdi.

Müəllimi dinləyib birinci sinif şagirdi Dənizə yaxınlaşmaq istəyirik. Uşağın valideyni əvvəlcə onunla həmsöhbət olmağımıza icazə vermir.

Bir müddətdən sonra valideyn fikrindən daşınır. Azyaşlının saçında xəstəlik olub-olmamasını xəbər alanda isə valideyn bunları inkar etdi.

Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün birinci sinif şagirdi Dənizin bacısı Şəms Məmmədliyə suallarımızı ünvanladıq. O isə baş verənlərin Dənizin ona yalan danışmasından qaynaqlandığını əsas gətirdi. Sən demə, azyaşlı bacısı ilə zarafat eləyib. Şəmsin dediyinə görə, o, bacısının tökülmüş saçını görüb və ondan soruşub ki, bunu kim edib. Azyaşlı isə müəlliminin etdiyini cavabında bildirib. Bundan hiddətlənən böyük bacı məsələni sosial şəbəkələrdə müzakirəyə çıxarıb.

Artıq faktla bağlı təhsil ocağına Yasamal Rayon Polis İdarəsinin, Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyinin əməkdaşları cəlb ediliblər. Məktəbin direktoru baş verən hadisədə valideynləri məsuliyyətli bilir. Onun sözlərinə görə, Zülfiyyə müəllimin fəaliyyət göstərdiyi 10 il ərzində ondan heç kim narazı qalmayıb.

Məktəb direktoru Firəngiz Həsənovanın sözlərinə görə, Dəniz Məmmədlidə bir ay öncə dəri xəstəliyi aşkar olunub: “Ona görə də onun bir ay dərsə davamiyyəti olmayıb. Bu isə jurnalda öz əksini tapıb. Belə ki, qayıblarla işarə olunub. Müstəqil bir ölkədə müəllimin ləyaqətini, şərəfini heç bir valideynin ixtiyarı yoxdur ki, səhvən şəxsiyyətini tapdalasın”.

Artıq faktla bağlı adıçəkilən təhsil ocağında araşdırma işlərinə başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR