Misirin paytaxtı Qahirə yaxınlığında qipti xristianlarının olduğu kilsə terrorçular tərəfindən atəşə tutulub.

Metbuat.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 11 nəfər həlak olub. Yaralıların dəqiq sayı açıqlanmır. Bildirilir ki, kilsəyə hücum edənlər 5 nəfərdən ibarət olub. Onlardan birinin üzərində partlayıcı qurğu olub.

Dərhal hərəkətə keçən Misir polisi onlardan 3-nü, o cümlədən kamikadzeni zərərsizləşdirib. Güman edilir ki, o özünü kilsənin içərisində partlatmalı imiş. Digər terrorçuların axtarışları davam etdirilir.

Sübhan / METBUAT.az