Moskvada MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçirilib. Aleksandr Duqin Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılmalı olduğunu bildirib. S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması barədə Türkiyə və Rusiya arasında müqavilə Ankarada imzalanıb. ABŞ və İsrail İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlayıb. ABŞ prezidenti Donald Trampın administrasiyası “Kreml məruzəsi” üzərində işləyir. ABŞ “Yeni Suriya Ordusu”("Ceyş əl Suriya əl Cədid") adı verilən yeni təşkilat qurub. Suriya müxalifəti Suriya Milli Dialoq Konqresində iştirakdan imtina edib. ABŞ Fələstin rəhbərliyinə qarşı maliyyə və siyasi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Ukraynanın şərqində əsirlərin genişmiqyaslı mübadiləsi həyata keçirilib.

Azərbaycan, Dağlıq Qarabağ

Dekabrın 26-da Moskvada MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçirilib. Görüşdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunları müzakirə edilib, həmçinin, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqda fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Səkkiz maddəlik “YOL XƏRİTƏSİ”, 2016-cı ildə Qarabağ ətrafındakı 5 RAYON... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İlham Əliyev: "Rusiya birliyin əsas dövlətidir" - YENİLƏNDİ FOTOLAR