Nepal dünyanın zirvəsi qəbul edilən Everestə tək başına dırmanmanı qanunla qadağan edib. Telegraph agentliyinin məlumatına görə, bu barədə ölkənin Turizm Agentliyi məlumat yayıb. Bildirilir ki, yeni yasaq qəza saylarını azaltmaq məqsədiylə edilib və yazın gəlişi ilə Everest də daxil olmaqla ölkə boyu bütün dağlara bu yasaq tətbiq ediləcək.
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, yeni qanun görmə məhdudiyyəti olan insanlar və bədəninin iki üzvü əksik olanlara da aiddir.
Qeyd edək ki, qadağa peşəkar alpinistlərin və fiziki məhdudiyyətli insanların qınağına səbəb olub.
8848 metr yüksəklikdə olan Everestdə 1920-ci ildən bəri 200 nəfərdən artıq insan həlak olub.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin