İsrailli mütəxəsis Avraam Qrant 1 illik fasilədən sonra futbol fəaliyyətini davam etdirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Hindistanın "Nors-İst Yunayted" klubu ilə razılığa gəlib. O, klubda texniki məsləhətçi kimi çalışacaq.
Qrantın son iş yeri Qana millisi olub. O, "Hapoel", "Makkabi Tel-Aviv", "Hapoel Haifa", "Çelsi", "Portsmut", "Partizan" kimi klublarda da çalışıb. "Nors-İst Yunayted" 8 turdan sonra turnir cədvəlinin autsayderidir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində