"Qəbələ"nin sabiq futbolçusu Teo Uiks karyerasını Livanda davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kiprin "Ermis" klubundan ayrılan Liberiya millisinin 27 yaşlı yarımmüdafiəçisi Livanın yüksək liqasında mübarizə aparan "Əl-Ənsər" klubu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti və şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Teo ötən mövsüm icarə əsasında "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"ın heyətində ilk vaxtlar inamlı çıxış etsə də, sonradan əsas heyətə düşməkdə çətinlik çəkib və geri göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində