"Report" xəbər verir ki, bu barədə Britaniyanın xarici siyasət idarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Amerika və Britaniya KXDR-ə təzyiq göstərməyi davam etdirməyi razılaşdırıblar.
"Onlar (Conson və Tillerson - red) Şimali Koreyanın qanunsuz nüvə proqramına son qoyması üçün KXDR hakimiyyətinə təzyiq göstərməyi davam etdirməyi razılaşdırıblar", - deyə bəyanatda bildirilir.
Daha əvvəl məlum olub ki, Conson Tillersona bildirib ki, Britaniya İranın nüvə sövdələşməsinə sadiqliyini qoruyur.