Qocalar evinə girən oğru dementia xəstəliyindən əziyyət çəkən 96 yaşlı qadına təcavüz edib. O, televizoru və çemodanları oğurladıqdan sonra qaçıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə 24 yaşlı Ceyk Moris (Jake Morris) 96 yaşlı yataq xəstəsi olan qadına etdiyi əxlaqsızlığa və oğurluğa görə 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Ceyk həbs olunarkən polislərdən biri "Onun cəmiyyətdə yeri yoxdur" deyib.

Manchester Evening News-un verdiyi məlumata görə, o, əvvəl qadına təcavüz etdiyini inkar etsə də, daha sonra bunu etiraf edib. Hətta o, qadının barmağındakı üzüyü də çıxartmaq istəyib.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində