“2018-ci ildə magistral yollarla bağlı layihələrimiz davam etdiriləcək”.

Bunu Metbuat.az-a 2018-ci ildə nəzərdə tutulan layihələrlə bağlı açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib:

“2018-də Bakı şəhərində qəsəbələrarası yolların yenidən qurulması ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulub. Mehdiabad-Pirşağı, Lökbatan-Güzdək, Ramana-Maştağa yolu ilə Ramana qalasına qədər olan yollar layihəyə aiddir. O cümlədən, Babək və Nobel prospektlərinin yenidən təmiri nəzərdə tutulub.

Kəndlərarası yollarda işlər davam etdirilir. Bununla bağlı 2017-ci ildə 40-dan artıq layihə yekunlaşdırılıb. Bu il isə 60-dan artıq layihənin keçirilmısi nəzərdə tutulur. Artıq bəzilərində işlər başlanılıb. Ötən il kəndlərarası yolların tikintisi ilə bağlı tamamlanmamış işlər hazırda davam etdirilməkdədir.

Keçən il yenidən qurulan avtomobil yollarının uzunluu təxminən 1500 km təşkil edir. Burada 500 yaşayış məntəqəsini birləşdirən, 2 milyondan çox insanın istifadə etdiyi yolllardan söhbət gedir. Kifayət qədər böyük bir rəqəmdir. Bu işlərə 2016-cı ildə start verilib, 2017-ci ildə davam etdirilib və 2018-ci ildə də uğurla davam etdiriləcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yanvarın 1-dən limitlər SIFIRLANDI - “Azəriqaz”dan VACİB AÇIQLAMA – Oxumaq üçün tıklayın!