Papua-Yeni Qvineyada kiçik Kadovar adasından 600 nəfər təlxiyə olunub. Səbəb adada eyniadlı vulkanın püskürməsidir.

Milli.Az Radio New Zealand-a istinadən bildirir ki, "yatmış" hesab olunan Kadovar ötən həftənin cümə günü aktivləşib.

Hazırda adanın təqribən 50 faizi lava ilə örtülüb. Yerli hakimiyyət dairələri vəziyyəti kritik sayırlar.

Kadovar vulkanı son dəfə 40 il əvvəl püskürmüşdü. Rabaul şəhərindəki vulkanoloji rəsədxana qayıqlara və gəmilərə adaya yaxınlaşmamağı məsləhət bilir.

Kadovar adası Manam adasından 40 kilometr şimal-qərbdə yerləşir.

Hazırda vulkan 2323 metr yüksəkliyə kül buludları püskürür və o buludlar qərbə doğru hərəkət edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yatmış vulkan püskürdü: ada qaynayır - VİDEO - FOTOYatmış vulkan püskürdü: ada qaynayır

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin