İspaniya La Liqasının 18-ci turunda baş tutan "Celta" - "Real" qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinə 1 xal qazandıran qolu uruqvaylı Maksi Qomes "Real"ın qapısından keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı forvard bu mövsüm "Real" və "Barcelona"ya (2:2) qol vuran, hələlik yeganə futbolçudur.

Hər iki İspaniya nəhəngi ilə oyunda Qomes komandasının bərabərlik qoluna imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində