Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası çərçivəsində Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların siyahısını genişləndirib.

Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, siyahıya 16 fiziki şəxs və ordu işləri üzrə Şimali Koreya nazirliyi əlavə edilib.

Hazırda Avropa İttifaqının Pxenyana qarşı hazırladığı siyahıda 41 fiziki şəxs və 10 təşkilatın adı yer alıb.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası “Xvason-15” qitələrarası ballistik raketin sınağına cavab olaraq 2017-ci il dekabrın 23-də Şimali Koreyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnaməni qəbul edib.

Ömər Dağlı