Tunisin Teburba şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, toqquşmalar işsizlik, qiymətlərin və vergilərin qaldırılmasına qarşı keçirilən aksiyada qeydə alınıb.
Məlumata görə, bəzi etirazçılarin hökumət binasına od vurmaq çağırışı vəziyyəti nəzarətdən çıxarıb.
Etiraz aksiyaları Tunisin bir sıra digər şəhərlərində də keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.