Bakı. 9 yanvar. REPORT.AZ/ Çərşənbə axşamı səhər Panmunjomun sərhəd məntəqəsində Koreya Respublikası ilə KXDR arasındakı əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası İttifaq Nazirliyi məlumat yayıb.
2015-ci ilin dekabr ayından bu yana aparılan Seoul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.
İki ölkənin nümayəndə heyətlərinin hər biri beş nəfərdən ibarətdir. Cənub nümayəndə heyətinə ittifaq naziri Ço Myon Qyon, Şimal nümayəndə heyətinə isə Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son Qvon rəhbərlik edir.