Ermənistanı gözləyən TƏHLÜKƏ, 2018-ci ildə DAĞLIQ QARABAĞ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
173 baxış·5 dəq oxu
ABŞ dövlət katibinin xüsusi müşaviri işləmiş Pol
Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı
fikirlərini bildirib.Ermənistanda baş nazir postu uğrunda
Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa
qızışır.İsrail qırıcıları Suriya ordusuna növbəti
zərbələr endirib.Ankara Suriya rejimini “Ən-Nüsrə”
Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurmaqda ittiham
edib.Koreya Respublikası ilə KXDR arasında əlaqələrin
normallaşdırılması üzrə ilk dialoq start götürüb.
“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasının mümkün olacağı şübhəlidir”. Bu barədə
məşhur amerikalı politoloq, ABŞ dövlət katibinin xüsusi müşaviri
işləmiş Pol Qobl deyib.
Onun sözlərinə görə, münaqişə bu gün ABŞ üçün maraq kəsb etmir:
“Rusiya da həmçinin, problemin həllində maraqlı deyil. Rusiya hesab
edir ki, indiki vəziyyət onun hədəfləri üçün daha əlverişlidir.
Əlbəttə bu dəyişə bilər, lakin mən bu il də münaqişənin həllində
çox az perspektiv görürəm”.
Heydər Əliyevlə Koçaryanın tarixi görüşünə qatılmış siyasətçidən ŞOK QARABAĞ ETİRAFI: Rusiya və ABŞ...
1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni
terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində
“Virk-Yerkir” adı ilə yenidən qurulur. Bu barədə
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin
(ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Ermənilər ASALA-nı DİRİLDİR: 600 min azərbaycanlı üçün BÖYÜK TƏHLÜKƏ
Ermənistanda baş nazir postu uğrunda Serj
Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa
qızışır. Fevral ayında Ermənistan parlament idarəetmə
sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter
daşıyacaq.
Döyüş gələn ay başlayır - Ermənistanı gözləyən TƏHLÜKƏ
Suriya rejimi “Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə
mülayim müxalifləri vurur. Bu barədə Türkiyənin
Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Nümayiş etdirilən bu mövqe siyasi həll prosesini baltalaya
bilər”, - nazir qeyd edib.
“Suriyada terror təşkilatının qurmaq istədiyi
dəhlizin çökdürülməsinin zamanı gəlib”. Bunu ölkə
prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində
(TBMM) Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında
çıxışında deyib.
Ərdoğan qeyd edib ki, Türkiyənin bütün sərhədlərində
təhlükəsizliyi təmin edəcək proses başa çatdırılacaq.
Qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Fransa səfərindən
qayıdan zaman verdiyi açıqlamasında Suriyanın şimalında bir terror
dəhlizinin yaradılmasına heç zaman icazə verməyəcəklərini
bildirmişdi.
“Nə PKK, nə də YPG bir şey edə bilər. Gücləri çatırsa, terror
dəhlizi məsələsində irəli getsinlər. Terror dəhlizi olaraq
düşündükləri yeri onlara məzar edərik. Bunda qərarlıyıq və bunu hər
kəs biləcək”, - Türkiyə prezidenti söyləmişdi.
İsrail qırıcıları Suriya ordusuna növbəti zərbələr
endirib. Qırıcılar paytaxt Dəməşq yaxınlığında
yerləşən Kalamun bölgəsində Suriya ordusuna aid silah-sursat
anbarını bombalayıb.
Suriyanın rəsmi xəbər agentliyi SANA isə ölkənin hava hücumundan
müdafiə sistemlərinin İsrailə aid hərbi təyyarəni vurduğunu
bildirib. Xəbərə görə, İsraildən atılan raketlər də məhv
edilib.
Yeddi il əvvəl “Ərəb Baharı”nın başladığı Tunisdə
etiraz aksiyaları keçirilir. Ən azı 10 şəhərdə
küçələrə çıxan insanlar qiymətlərin və vergilərin artırılmasına
etirazlarını bildiriblər.
Təhlükəsizlik güclərinin aksiyalara bibər qazı və təzyiqli su
ilə müdaxilə etdiyi bildirilir. Qarşıdurmalarda 55 yaşındakı bir
nəfər ölüb, onlarla yaralı var.
Dünya ŞOKDA: “Ərəb Baharı II” 7 il əvvəlki nöqtədə BAŞLADI - FOTOLAR
İranın ali dini lideri ayətulah Əli Xamanei
ölkəsində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları ilə
əlaqədar ABŞ prezidenti Donald Trampı təhdid edib.
Ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada
din xadimləri və xalq kütlələri qarşısında dekabrın 28-də başlanan
aksiyaların kənardan təşkil edildiyini bildirib.
“Ağlı yerində olmayan bu adam, bunun cavabsız qalmayacağını
bilməlidir”, - dini lider deyib.
Xameneidən TƏHDİD: “Ağlı yerində olmayan bu adam bilməlidir ki...”
İranda aksiyalar dayansa da, baş verənlərin
hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli
sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı
politoloq Kayhan Barzaqerin fikirləridir.
K.Barzaqer bildirib ki, İranda baş verən daxili gərginlik və
bunun fonunda müşahidə olunan ABŞ-İran qarşıdurması Dağlıq
Qarabağda müharibəyə səbəb ola bilər.
ABŞ İrandan sonra Azərbaycanda müharibə başladacaq və... - Farslar AÇIQLADI
Tokio 2019-cu ilin mayında çoxillik ərazi
mübahisəsində irəliləyişə nail olmaq ümidilə Rusiya prezidenti
Vladimir Putini Yaponiyaya dəvət etmək imkanına
baxır. Bu haqda Yaponiya hökumətindəki mənbələr
bildirib.
Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin dekabrında
Yaponiyaya səfər öncəsi bu ölkənin “Nippon” televiziya şirkəti və
“İomiuri” qəzetinə müsahibəsində Moskvanın Tokio ilə ərazi
probleminin olmadığını deyib.
Putin əraziləri güzəşt edəcəkmi? - Problemin həlli 2019-cu ilə qaldı
Koreya Respublikası ilə KXDR arasında əlaqələrin
normallaşdırılması üzrə ilk dialoq start götürüb.
Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin
inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə,
Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci
il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.
Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış
Olimpiya Oyunlarında iştirakı üçün Koreya Xalq Demokratik
Respublikası (KXDR) barəsində sanksiyaların yumşaldılması imkanına
baxacaq. Bu haqda Cənubi Koreya Xarici İşlər
Nazirliyinin nümayəndəsi Ho Qyu Dok deyib.
Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq
ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var.
“BellingCat” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə
aparıcı tədqiqatçısı Arik Toler bildirib.
Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması
ətrafında yaranan səs-küy təəccüblü görünür.
Ölümcül təhlükə Rusiya sərhədlərində - Putin hücum ƏMRİ VERƏCƏKMİ?