Tunisdə bahalaşma əleyhinə aksiyalar davam edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,ölkənin eyniadlı paytaxtında başlayan aksiyalar digər şəhərlərə də yayılıb.

17 dekabr 2010-cu ildə "ərəb baharı"nın başladığı Tunisdə yenidən etirazlar güclənməkdədir. Aksiyalar zamanı 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Aksiyaların keçirilməsinə maliyyə qanunvericiliyinə edilən dəyişikliklərdən dolayı vergilərin artmasıdır. Məsələn, yeni dəyişikliklərə əsasən bundan sonra mənzil alanlar dövlətə yüksək məbləğdə vergi ödəməli olacaqlar. 1 yanvar 2018-ci ildən qüvvəyə minən yeni qanin bazarlarda və xidmət sektorlarında da bahalaşmaya səbəb olub.

Aksiyaların artan xətt üzrə davam edəcəyi bildirilir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin