Ermənistanın paytaxtı İrəvanda qiymət artmasına qarşı etiraz yürüşü keçiriləcək.

Bu barədə “News.am”-a müxalif “Çıxış” siyasi blokundan məlumat verilib. Bildirilib ki, etiraz yürüşü yanvarın 19-da keçiriləcək.

Qeyd edək ki, son günlər Ermənistanda istehlak mallarının kəskin bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olub.