Ermənistanın Lori vilayətinin ümumi yurisdiksiya məhkəməsində müddətli xidmət hərbi qulluqçusu Vitali Babayanın və digərlərinin işi üzrə məhkəmə işi davam edir.

Məlumata görə, müddətli xidmət hərbi qulluqçusuna qarşı irəli sürülən ittihamda bildirilir ki, 2017-ci il iyulun 16-da onun hərbi hissədən özbaşına çıxmasına mane olmamaq üçün komandiri Vağarşak Qazaryana rüşvət verəcəyini vəd edib.

Daha sonra Babayan vəd etdiyi 5 min dram pulu komandirə çatdırması üçün həmin bölüyün müddətli xidmət hərbi qulluqçusu əsgər Qarnik Qalstyana verib.

Bununla da Ermənistan ordusunun hərbi qulluqçuları məhkəmə qarşısına çıxarılıb./ ordu.az