“Report”un əldə etdiyi məlumata görə, bu, Herve Tçamidir. Almaniyanın “Herta” klubunun yetirməsi olan 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son iş yeri Səudiyyə Ərəbistanın “Hacer” komandası olub.
Kamerun yığmasında 1 oyun keçirən Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Oruba", Portuqaliyanın "Feyrense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib.
Qeyd edək ki, “Keşlə”nin baxışa çaxırdığı daha bir futbolçu Serbiyadandır. Lakin onun kimliyini dəqiqləşməyib.