Şou-biznes nümayəndələrinin əksəriyyəti sənətlə yanaşı özləri üçün biznes də qurublar.

Milli.Az axşam.az-a istinadən məşhur xanımların əlavə bizneslərini təqdim edir:

Fatimə Fətəliyeva xına evinə, gözəllik salonuna, rəqs məktəbinə sahibdir. Sənətçinin həmçinin xəz mağazası var.

Şou aləminin “biznes-ledi”ləri – Mağazalar, gözəllik salonları...

Tünzalə Əliyevanın xına mərasimlərinin təşkili ilə məşğul olan məkanı var.

Əkizlər Sevil və Sevinc Səfərova bacıları da müğənnilikdən başqa bizneslə məşğul olur. Onların ayaqqabı mağazası fəaliyyət göstərir.

Şou aləminin “biznes-ledi”ləri – Mağazalar, gözəllik salonları...

Xatirə İslam da məclislərin bəzədilməsi ilə məşğul olan dekor məkanına sahibdir.

Ayan Babakişiyevanın Türkiyədə biznesi var. O, yükdaşıma şirkətinə sahibdir.

Şou aləminin “biznes-ledi”ləri – Mağazalar, gözəllik salonları...

Sevda Sanəliyevanın isə şirniyyat mağazası var. İfaçı hətta özü də şirniyyat bişirir.

Xuraman Şuşalının isə xına evi var. O, xına mərasimləri ilə yanaşı, toy, ad günü məkanlarının bəzədilməsiylə məşğuldur.

Şou aləminin “biznes-ledi”ləri – Mağazalar, gözəllik salonları...

Rahidə Baxışova da bu yaxınlarda biznes-ledi olub. Belə ki, sənətçi xına evi açıb.

Xuraman Əlizadənin xına mərasimilərinin təşkili ilə məşğul olan mərkəzi var.

Ülviyyə Əliyevanın
xına evi var.

Şou aləminin “biznes-ledi”ləri – Mağazalar, gözəllik salonları...

Oksana Rəsulovanın hind rəqslərinin öyrədən məktəbi var. Eyni zamanda sənətçinin "OksiMedia" adlı şirkəti var ki, burada filmlər, reklamlar, seriallar çəkilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində