"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 4,928 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 4,756 mlrd. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 2,969 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2,135 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 573,8 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 297,7 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 53,3 mln. manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.