Bakıya qarşı TERROR OYUNU, hücum üçün YAŞIL İŞIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
193 baxış·5 dəq oxu
Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk
olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. ASALA-nın
Gürcüstanda yenidən dirilməsinin səbəbləri haqda maraqlı məlumatlar
yayılıb. ABŞ yenidən Paris iqlim razılaşmasına qayıda bilər.
Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı
addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur. İran və
Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl işıq yandırıb.
Donbasda vəziyyət yenidən kəskinləşib.
ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici
ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında
məlumatlandırmaq üçün yeni sistem işə salıb. Yeni
sistem çərçivəsində Azərbaycan amerkalı turistlərin
təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya
daxil edilib.
Vaşinqton həmçinin münaqişə ilə əlaqədar olaraq Dağlıq Qarabağa
baş çəkməməyi məsləhət görüb.
Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan QARABAĞ ÇAĞIRIŞI
ASALA-nın Gürcüstanda yenidən dirilməsinin səbəbləri
haqda maraqlı məlumatlar yayılıb. “Kavkazplus” saytı
erməni terror təşkilatının Cavaxetiyada yenidən ortaya çıxdığını və
bunun Ermənistanın dövlət siyasətindən qaynaqlandığını yazıb.
ASALA-nın dirildiyi təsdiqləndi - Ermənilərin Bakı və Tiflisə qarşı TERROR OYUNU
“Yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının
artması qiyama gətirib çıxara bilər”. Bu barədə
erməni politoloq Manvel Sarkisyan deyib.
Erməni politoloq Serj Sarkisyanın hakimiyyətdən getməyinin vacib
olduğunu diqqətə çatdırıb.
Sarkisyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Ermənistanın İÇ ÜZÜNÜ AÇDI
İran və Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl
işıq yandırıb. Bu haqda Astana formatında Rusiya
nümayəndə heyəti ilə danışıqlarda istirak edən suriyalı beynəlxalq
məsələlər üzrə mütəxəssis Besil əl-Hac Casim bildirib.
Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı
təşəbbüsü tamamilə Ankaraya verib. Siyasi mütəxəssis qeyd edib ki,
Rusiya və İran əməliyyatla bağlı mövqeyini 2017-ci il sentyabr
ayının son həftəsində keçirilən 7-ci Astana toplantısında Türkiyə
nümayəndə heyətinə çatdırıb.
Son qərarı Ankara verəcək - Rusiya və İrandan Türkiyəyə YAŞIL İŞIQ - VİDEO
Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı
və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar
qurur. Bunu Suriyanın İdlib əyalətində baş verən son
hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən
“Haber7” saytı yazıb.
Qeyd edilir ki, Astana formatı ilə Suriya danışıqları masasından
kənarda qalan ABŞ regionda daimi qalmaq üçün heç bir addımdan
çəkinmir. PYD-nin işğal etdiyi ərazilərdə “dövlətləşmə” layihəsini
həyata keçirməyə çalışan ABŞ terror təşkilatı ilə 10 maddəlik
planın icrasını razılaşdırıb.
Türkiyə sərhədlərində BÖYÜK OYUN - 10 maddəlik planın ŞOK DETALLARI
Sosial və iqtisadi vəziyyətə etiraz olaraq
aksiyaların keçirildiyi Tunisdə vəziyyət hər keçən gün
pisləşir. Ölkənin 20-dən çox şəhərində keçirilən
aksiyalar paytaxt Tunisə də keçib.
Polis Tunis və Tabarba kimi şəhərlərdə küçələrə çıxan insanlara
qarşı bibər qazı və təzyiqli sudan istifadə edib. Bəzi şəhərlərdə
qarətlərin başladığı bildirilir.
Ölkə yanğın yerinə döndü - 20-dən çox şəhər ayağa qalxdı - FOTOLAR
Avropa Birliyi İranla nüvə razılaşmasını saxlamalı
və onu digər problemlərin həllindən ayırmalıdır. Bunu
jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar
Qabriyel söyləyib.
“AB İranla olan nüvə razılaşmasını qoruyub saxlamaq istəyir. Bu
ölkə regionda çətin rol oynayır, amma biz İranla razılaşmanı digər
problemlərdən ayırmaq istəyirik”, – deyə o bildirib.
ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı Rusiyaya
yönələn bütün ittihamlar yalnız ikitərəfli əlaqələrə deyil, eyni
zamanda Amerika tərəfinə zərər verir. Bu sözləri
Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov rəsmi Moskvanın Rusiya əleyhinə aparılan kampaniyanın
davam etdirilməsinə təəssüfləndiyini bildirib:
“Bu qorxunun, ölkəmizin müdaxiləsi ilə bağlı ittihamların heç
bir əsası yoxdur”.
ABŞ Avropaya 2018-ci ilin yayında 1-ci tank
briqadasını göndərəcək. Bu barədə bəyanatı ABŞ-ın
NATO-dakı nümayəndəliyi yayıb. Vaşinqton bu addımı “Atlantik həlli”
əməliyyatı çərçivəsində atacaq.
Qeyd edək ki, “Atlantik həlli” əməliyyatı 2014-cü ilin aprelində
başlayıb. Əməliyyatda ABŞ Quru Qoşunları iştirak edir. Əməliyyat
Polşa, Baltikyanı, Rumıniya, Bolqarıstan və Macarıstan kimi
ölkələri əhatə edir.
ABŞ yenidən Paris iqlim razılaşmasına qayıda
bilər. Bunu Norveç Baş naziri Ernoy Solberqlə görüşü
zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.
“Paris razılaşması ABŞ-a qarşı çox ədalətsiz addım idi. Bu
müqavilə çərçivəsində bizim bizneslə məşğul olmağımız çox çətin
idi. Bu müqavilə bizim çoxlu dəyərli aktivlərimizi apardı. Buna
rəğmən biz müqaviləyə yenilənmələr çərçivəsində qayıda bilərik” –
deyə o bildirib.
Yanvarın 10-da Donbasda anti-terror əməliyyatları
zonasında vəziyyət yenidən kəskinləşib. Anti-terror
əməliyyatları qərargahının mətbuat mərkəzindən verilən məlumata
görə, rusmeylli separatçıların atəşi nəticəsində üç Ukrayna
hərbçisi həlak olub, daha üçü yaralanıb.
Qeyd edilir ki, Ukrayna Silahlı qüvvələri Luqansk istiqamətində
separatçı güclər tərəfindən 120 və 82 millimetr kalibrli
minaatanlar, həmçinin böyük kalibrli pulemyotlardan atəşə tutulub.
Rəqibin xüsusi fəallığı həmçinin Svetlodarsk yaşayış məntəqəsi
istiqamətində qeydə alınıb.
“Rusiya və Ukraynanın münasibətlərində çətin ki,
2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq”.
Belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi
şərhçi Dmitri Oreçkin səsləndirib.
Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və
Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.
Oreşkin Donbasın Şimali Kipr Respublikası və ya Dağlıq Qarabağ
kimi havadan asılmış vəziyyətdə olacağını təxmin edir.
Böyük müharibə olacaqmı? - Putin bu ölkədə Qarabağ SSENARİSİNİ REALLAŞDIRIR
Donald Tramp Şimali Koreya nüvə və raket proqramını
dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində
deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens
danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il
ərzində dəyişməz qalıb.
“Cənubi Koreyanı, bölgədəki müttəfiqlərimizi dəstəkləyirik.
Şimali Koreya ABŞ-ı təhdid edən nüvə-raket proqramlarından çıxana
qədər iqtisadi və diplomatik sahələrdə maksimum təzyiq
göstərəcəyik”, - Pens bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
baxmayaraq Şimali Koreya nüvə-raket sınaqlarını davam etdirəcəyini
açıqlamışdı.