Tunisdə etirazçı kütləni dağıtmaq üçün aksiyaların keçirildiyi 10 şəhərə hərbi qüvvələr göndərilib.
Publika.az xəbər verir ki, bu zamana qədər hökumətin kəsr planlarına qarşı həyata keçirilən aksiyalarda 300-dən çox etirazçı həbs edilib.
Polis iğtişaşçılara bibər qazı ilə müdaxilə edib.
Baş nazir Yusif Şahid etirazçıları vandallıqda və dövləti zəiflətməyə çalışmaqda günahlandırıb.
Qeyd edək ki, 7 il əvvəl ikinci “Ərəb Baharı”nın yaşandığı Tunisdə hökumət bir çox məhsullara qoyulan vergini 2018-ci ildən etibarən artırıb. Buna bağlı qiymətlər də bahalaşıb.
Zümrüd