“Report”un məlumatına görə, 32 yaşlı fransalı hücumçu Santa Kruz şəhəri təmsilçisi ilə bir illik müqavilə bağlayıb.
“Bluminq”ə geri dönməsindən məmnunluğunu söyləyən Barqas deyib ki, “Neftçi”ni çətinliklə tərk edib: “Klubla bir illik müqavilə bağlamışdım. Yeni baş məşqçi gələndən sonra (Tərlan Əhmədovu nəzərdə tutur – red.) müqaviləmin müddətini daha 6 ay artırdı. Bu səbəbdən, “Neftçi”ni tərk etməklə bağlı çətinlik vardı. Ayrılmaqla bağlı ən yaxşı formada razılıq əldə etməyə çalışırdım. Çox xoşbəxtəm. “Bluminq”in titullar əldə etmək vaxtı çatıb”.
Qeyd edək ki, Uqo Barqas "Neftçi”yə məhz 2012-2013 və 2015 - 2017-ci illərdə çıxış etdiyi "Bluminq”dən keçib. Barqas ötən ilin fevralında flaqmanla 1 illik müqavilə bağlayıb. Oktyabrda onun sözləşməsinin müddəti cari mövsümün sonuna qədər uzadılsa da, bu ay qarşılıqlı razılaşma əsasında xitam verilib.