"Ədəbiyyatda nə sülənir?"

Son zamanlar sosial şəbəkələrdə şair və yazarların qalmaqallı fikirlərlə gündəmə gəlməsi tendensiyası müşahidə olunur.

Məsələ ilə bağlı fikirlərini Metbuat.az-a bölüşən tanınmış şair Aqşin Yenisey yaradıcı adamlara güvən olmadığını vurğulayıb:

"Bu adamları, içi özüm qarışıq nə yuxarılar, nə aşağılar yaradıcı adam kimi qəbul etmir. Onların nisbətən balıq kimi sürüşkən fikirlərə sahib olması, bəzən özləri də özlərini inkar etməsi yuxarıların etibarını, aşağıların inamını zədələyir. Azərbaycanın bu gün elə vaxtıdır ki, hamı etibarlı dost axtarır; dövlət də, xalq da. Ona görə yaradıcı adamlara güvən yoxdur və bu belə də olmalıdır. Azad düşüncə heç kimə havayı başa gəlməyib. Ona görə də heç kim günümüzün yazarlarından heç nə gözləmir. Bu da onlarda ictimai məsuliyyətsizlik hissi yaradır ki, bu da yaradıcılıq üçün əla bir şeydir. Amma təəssüf ki, bizim bugünki ədəbi, yaradıcı mühit bu hissi cəmiyyətdən qisas almağa xərcləyir. Bu, nadanlıqdır. Bu hiss qisas şəklində olsa belə, əsərlərdə özünü göstərməlidir. Məsələn, "Qulliverin səyahəti" əsəri öz dövrünün İngiltərəsindən alınan qisas idi. Bunu başa düşməyən nə sülənir ədəbiyyatda?"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR