Conson: “Dünyanı nüvə savaşından bu xalq xilas edəcək”

Conson: “Dünyanı nüvə savaşından bu xalq xilas edəcək”
11:33 16 Yanvar 2018
102 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir.

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “Qardiyan” nəşrinə açıqlamasında deyib.

“Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib.

Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir:

“Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət 2017-ci ildə Şimali Koreyanın ballistik raket və nüvə sınaqları həyata keçirməsindən sonra kəskin pisləşib. 2017-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası Şimali Koreya barəsində yeni beynəlxalq sanksiyaları tətbiq edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR