Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq
09:33 17 Yanvar 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının bir sıra qəsəbələrində su olmayacaq.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, bu gün Bakının Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

Buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/227977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR