Dəyişən taksi qiymətləri

Son illər paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin sayının artması onlar arasında raqəbət mühitini formalaşdırıb. Belə ki, taksi şirkətləri daha çox müştəriləri cəlb etmək üçün müxtəlif endirim kampaniyaları tədbiq edirlər.

Qiymət fərqliliyini diqqətinizə çatdırmaq üçün bir neçə taksi şirkətləri ilə əlaqə saxladıq. Bunun üçün “28 Mall” Ticarət Mərkəzindən “Nəriman Nərimanov” metrostasiyasına qədər olan məsafəni seçdik. Bu məsafəni getmək üçün “Salam taksi” – 2.50 AZN, “Ailə taksi” – 2.80 AZN, “City taksi” – 3.42 AZN, “Taksi 24” – 3 AZN, “Taksi lider” – 3.30 AZN, “Bonus taksi” – 2.90 AZN tələb etdi.

Taksi şirkətləri arasındakı qiymət fərqliliyi məsələsinə toxunan iqtisadçı Rəşad Həsənov bildirib ki, qiymətlərin fərqliliyinin özü müsbət haldır:

“Taksi xidmətlərinin tənzimlənməsi ilə bağlı artıq təşəbbüs ortaya qoyulub. Amma düşünürəm ki, bu yanaşma doğru deyil. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl bazar mühiti zəif olduğu dövrdə qiymətlər hazırki dövrdən qat-qat yuxarı idi. Bugünki qiymətlərin formalaşması mövcud rəqabət sayəsindədir."

Vəkil Xəyal Bəşirov bildirib ki, bu, sahibkarlıq fəaliyyətidir və bu xidmətlə bağlı qiymətlərin müəyyən olunması həmin xidməti göstərənlər tərəfindən müəyyənləşdirilir:

“Azərbaycanda bazar iqtisadiyyatı qanunları hökm sürür. Yəni, sağlam rəqabət mövcuddur. Hansısa şirkət daha çox işləmək, qazanmaq istəyirsə, qiymətlərdə endirim edə bilər. Bu, qanunauyğun haldır. Qanunsuz olan süni qiymət artımıdır. Bununla bağlı müvafiq orqanlar vasitəsilə müdaxilə edilə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bitkoindəki "köpüklər" partlayır? - İqtisadçılardan şərh – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR