“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları müvafiq olaraq 15 manat - 135 manatdan 150 manatadək, 120 manatdan 135 manatadək, 116 manatdan 130 manatadək artırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları da 5 manat (125 manatdan 130 manatadək) artırılıb.
Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.