Daha bir avtobus qəza törətdi

Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Zığ şosesində qeydə alınıb.

Belə ki, Rüstəmov Kənan Vaqif oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə Hövsan qəsəbəsindən Nobel prospekti istiqamətində hərəkətdə olan zaman avtomobilin təkərində nasazlıq yaranıb. Sürücü avtomobili yolun sağ hissəsində saxlamaq istəyərkən Muxtarov Baba Adil oğlunun 132 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu zərblə ona çırpılıb. Zərbənin təsirindən minik maşınına ziyan dəysə də, xəsarət alan olmayıb.

Yol qəzasının təfərrüatlarını Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin müfəttişləri araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR