“Report” xəbər verir ki, bunu SSRİ millisinin sabiq futbolçusu Sergey Seku moldfootball.com saytına müsahibəsində Azərbaycan millisinin mərhum baş məşqçisi Əhməd Ələsgərov barədə danışarkən söyləyib.
1988/1989 mövsümündə Ə.Ələsgərovun rəhbərliyi altında çıxış edən veteran futbolçu “Neftçi” ilə oyunu xatırlayıb. O, bildirib ki, bakılılara uduzmaq azərbaycanlı baş məşqçi üçün faciə olub: “Almaniya Federativ Respublikası ilə oyundan sonra "Nistru"nun düşərgəsinə gələndən sonra Ələsgərov dərhal mənə dedi: "Hazırlaş, bir neçə gündən sonra əsas heyətdə meydana çıxacaqsan. Həmin vaxt Voronej “Fakel”ini qəbul edirdik. Oyun 1:0 hesablı qələbəmizlə başa çatdı. Daha sonra Kişinyovda "Neftçi"yə uduzduq - 2:4. Oyundan sonra Ələsgərovun rəngi buluddan da qara idi. Çünki "Neftçi”yə uduzmaq onun üçün faciə idi”.
Qeyd edək ki, Əhməd Ələsgərov karyerası ərzində 2 dəfə Azərbaycan millisinə rəhbərlik etməklə yanaşı, 3 dəfə “Neftçi”nin baş məşqçisi olub. Onun “Nistru”ya rəhbərlik etdiyi 1988/1989 mövsümündə İsgəndər Cavadov da komandanın heyətində yer alıb.