Praqada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO

Praqada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO
08:27 20 Yanvar 2018
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqanın məhşur Luçerna sarayında 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümü münasibətilə foto-sərgi təşkil edilib.

Milli.Az-a Azərbaycanın ölkədəki səfirliyindən verilən məlumata əsasən, sərgi zamanı Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında bəhs edib. Habelə, Gürcüstan və Litvanın Çexiyadakı səfirləri tədbirdə iştirak edərək, sözügedən hadisələrlə bağlı öz fikirlərini bölüşüblər.

Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib.

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq broşürlər, məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/618224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR