İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb

İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb
17:02 20 Yanvar 2018
53 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul. 20 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin “Yeni Kapı” metrostansiyasının vestibülündə 1990-cı il 20 yanvar gecəsinin dəhşətlərini əks etdirən “Qanlı Yanvar” adlı fotosərgi açılıb. 
"Report"un Türkiyə bürosunun məlumatına görə, fotolar metronun giriş və çıxışında sərgilənib. 
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan sərgidə 50-yə yaxın fotoda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus hərbi hissələrinin Bakıda və bölgələrdə dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər əks olunub. 
Sərgi sərnişinlərin diqqətini çəkib. Fotoların qarşısında ayaq saxlayan insanlara konsulluq əməkdaşlara tərəfindən əks olunan hadisə ilə bağlı məlumatlar verilib.
Sərgi 5 gün davam edəcək.










Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/i-stanbul-metrosunda-20-yanvar-faciesi-ile-bagli-fotosergi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR