Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb

Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb
11:47 22 Yanvar 2018
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb.
"Report" "NTV Spor"a istiandən xəbər verir ki, hadisə fanatların Super Liqanın XVIII turunda "Antalyaspor"la səfər matçından qayıdarkən baş verib. Kütahya - Afyonkarahisar yolunda avtobusun aşması nəticəsində sürücü və 7 sərnişin xəsarət alıb.
Yaralılar Kütahya xəstəxanasına çatdırılıb. Onlardan 2-nin durumunun ağır olduğu bildirilir.
Qeyd edək ki, matç "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiyede-besiktas-klubunun-azarkeslerini-dasiyan-avtobus-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR