Bu gün "Hər şey daxil" verilişinin aparıcıları Sevil-Sevinc bacıları şou-biznesdən 1 il ərzində gedəcəkləri barədə söz-söhbətə aydınlıq gətiriblər.

Milli.Az xəbər verir ki, verilişin eksperti prodüser Tolik əkizlərə "Hara gedirsiniz?" sualı ilə müraciət edib.

Sevil-Sevinc bacılarının cavabını təqdim edirik:

"Ya mən düzgün izah etməmişəm, ya da onlar başa düşməyib. Şou-biznesdə müəyyən bir müddət qaldıq. Şükürlər olsun ki, işlərimizi qura bildik. Sevənlərimiz var. Ailəmiz üçün çörək pulu aparırıq. Əsas odur ki, halal çörək pulu. Ara-sıra elə şeylər baş verir ki, fikirləşirəm ki, bu şou-biznesdə olmasam, ondan yaxşıdır".

Tolik bacıların fikirlərindən sonra "Bura elə bir yer, elə bir bataqlıqdır ki, bura girən çıxmaq istəmir" sözləri ilə əkizlərin şou-biznesdən gedəcəkləri iddialarının üstündən xətt çəkib.

Təhməz Təkin
Milli.Az