Avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib

Avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib
18:08 22 Yanvar 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışında deyib.

O qeyd edib ki, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib: "Əvvəlki dövrə nisbətdə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR