“Neftçi” böyük hesabla məğlub oldu

“Neftçi” böyük hesabla məğlub oldu
19:49 22 Yanvar 2018
81 Digər
Ölkə mətbuatı
A- A+

Hazırlığını Antalyada davam etdirən “Neftçi” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” “SKA-Xabarovsk”la üz-üzə gəliblər.

 

Rusiyanın yüksək liqa klubu ilə qarşılaşma təmsilçimiz üçün uğursuz nəticələnib. Belə ki, ilk 10 dəqiqədə qapısında 3 cavabsız top görən Tərlan Əhmədovun yetirmələri fasiləyə 0:6 hesabı ilə geridə yollanıblar.

 

Rəqib ikinci hissəyə də qolla başlayıb. Matçın sonlarında isə komandalar hərəyə bir dəfə fərqləniblər və yekunda Rusiya klubu 8:1 hesablı qalibiyyətə sevinib.

 

Qeyd edək ki, “SKA-Xabarovsk” Premyer Liqada 20 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

 

 

Yoxlama oyunu

22 yanvar

 

“Neftçi” – “SKA-Xabarovsk” (Rusiya) - 1:8

"Neftçi"nin start heyəti: Rəşad Əzizli, Ruslan Abışov (k), Kirilo Petrov, İlkin Qırtımov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov

Ehtiyat oyunçular: Aqil Məmmədov, Elçin Əsədov, Fərid Abbaslı, İqnasio Errera, Roxdi Axente, İqor Sikorski.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR